AZ

Ukrayna ordusu Rusiya ərazisində bir sıra mühüm obyektləri vurub - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ərazisində bir sıra mühüm hədəflərin, o cümlədən “Şahid” pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarı vurub.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Gecə Ukrayna Müdafiə Qüvvələri Krasnodar diyarında yerləşən “Şahid” PUA-larının saxlanıldığı və hazırlandığı əraziləri, bu PUA-ların ekipajları üçün idarəetmə və rabitə məntəqələrinə uğurlu zərbə endirib. Ərazidə partlayışla müşayiət olunan yanğın qeydə alınıb”, - Baş Qərargahdan bildirilib.

Həmçinin, Baş Qərargahın məlumatına görə, həmin gecə Afipski, İlski, Krasnodar və Həştərxan neft emalı zavodlarına da PUA hücumları təşkil olunub.Bundan başqa, Bryansk vilayəti və müvəqqəti işğal olunmuş Krımda rus ordusunun radiolokasiya stansiyalarına və elektron kəşfiyyat mərkəzlərinə hücumlar həyata keçirilib.

“AzPolitika.info”



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
azpolitika.info

1Mənbələr