AZ

Draqan Stoykoviç Sloveniya yığması ilə heç-heçəni şərh etdi

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Sloveniya yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, serb mütəxəssisin bu barədə fikirlərini təqidm edir:

“Biz təslim olmurduq və sona qədər özümüzə inanırdıq. Çoxlu qol imkanları yarada bildik, amma əsas vaxtda qol vura bilmədik. Biz dayanmırdıq və Sloveniya yığmasına məğlubiyyətlə barışmaq istəmirdik. Sonda bu, öz bəhrəsini verdi.

Yaradılmış imkanlardan tutmuş qapıya zərbələrə qədər statistikamız daha yaxşıdır. Amma əsas olan – qollardır. Bu heç-heçəyə nail olmağımız vacibdir, baxmayaraq ki, başlanğıc heyət bizim fikrimizin qələbə qazanmaq, qol vurmaq və cəlbedici, hücum futbolu oynamaq olduğunu göstərir”, deyə Draqan Stoykoviç açıqlayıb.

2-ci turdan sonra “C” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. İngiltərə – 4 xal
  2. Danimarka – 2 xal
  3. Sloveniya – 2 xal
  4. Serbiya – 1 xal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
arena.az

1Mənbələr