Son zənglə bağlı monitorinqlər zamanı bəzi neqativ hallar qeydə alınıb. TehsilForumu.Az bildirir ki , "Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov söyləyib. O bildirib ki, nəticələr emal olunur və yaxın zamanda ictimaiyyətə bu barədə məlumat veriləcək: “Bəzi rayon və şəhər məktəblərində son zəng tədbirlərində neqativ hallar qeydə alınıb. Pozuntu halları ilə bağlı məsul şəxslərin barəsində ölçü götürüləcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta