AZ

“Az, niyə doğmursan?” – “İQ”sü “QICQIRAN”APARICILAR – Cəvahir Nehru yazır

 

 

“Az haçan tərpənirsən?”, “Haçan ərə gedirsən?”, Ailə qurursan da yox ha, məhz ərə gedirsən… “Bişey-mişey var?”, “Az, niyə doğmursan?”, “Olmur, ya özünüz istəmirsiniz?”

Gözümüz aydın, məişətdə tez-tez verilən bu məşhur suallar artıq efirlərə də ayaq açıb. “İQ” səviyyəsi “fontan” vuran bəzi aparıcılarımızın əli hər yerdən üzülüb deyəsən, indi də gündəm yaratmaq naminə keçiblər “bazar arvadları” kimi onun-bunun intim həyatına burunlarını soxmağa. Yataq otaqlarına soxulub, çarpayılarını yoxladılar, cüzdanlarına girib, pullarını saydılar, indi də “mamaça” moduna girib, “tükəzbanlıq” edirlər.

Keçən dəfə Nanə Ağamalıyeva Rüfət Nasosnuya “niyə uşağınız olmur” sualını verib meyxanaçıdan cavab almaq üçün dirəşəndən sonra digər həmkarları da başladılar tutuquşu kimi bu sualı təkrarlamağa. Mətanət Əliverdiyeva da müğənni Niyam Səlamini “divara qısnadı”.

Niyam Səlami bu yaşında evlənib-evlənməyəcəyi barədə sənəmi hesabat verməlidir? Yaxud da Mənzurə Musayeva, Telli Borçalı, Mətanət Əsədova, 70 yaşlı Nisə Qasımova və daha kimlər, kimlər… Nisə Qasımova yaxşı cavab verdi ki, mənim 97 yaşım var e, hələ də “niyə ərə getmirsiz” sualını eşidirəm.

Bəyəm başınıza sual qəhətdir? Nisə Qasımovanın o boyda sənəti var, sənəti barədə sual ver, lap heç sual vermə, adam sənətkardır, qoy oxusun, insanlar gözəl musiqidən zövq alsın. Eləcə də digərləri… İnsanların hissləri ilə oynayıb, xal qazanmaqdan əl çəkəsiniz bəlkə. Empati duyğunuzu bir qədər inkişaf etdirin, arada özünüzü də onların yerinə qoyun. Nanə Ağamalıyeva sənə efirdə hansısa müğənni “niyə ərə getmirsən?” deyə sual versə, hansı duyğuları yaşayarsan? Eləcə də digərlərinə…

…Anlayıram, şou yaratmaq istəyirsiniz, amma şounu da səviyyəli formada yaradın ki, özünüz də o şounun içində yanmayasınız. Bir az beyninizi işlədin, “Tükəzban” modundan çıxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
yenicag.az

1Mənbələr