AZ

AVRO-2024-də bu gün: Hansı matçlar olacaq?

Avropa Çempionatının 2-ci tur matçları davam edir.
 
Günün ilk matçı \"Allianz arena\"da C qrupunda mübarizə aparan Sloveniya və Serbiya yığmaları arasında olub. 
 
Matçda hesab 69-cu dəqiqədə açılıb. Yan Karniçnik adını tabloya yazdırıb. 90 + 5-ci dəqiqədə isə Luka Yoviç status-kvonu bərpa edib.
 
Sloveniya 1:1 Serbiya. Görüşün ən yaxşı oyunçusu isə Sloveniyanın heyətində yer alan Yan Karniçnik olub. C qrupunun 2-ci maraqlı qarşılaşması isə Danimarka və İngiltərə arasında baş tutub.
 
Matçda önə keçən tərəf ingilislər olub. 19-cu dəqiqədə Harri Keyn komandasını önə keçirib. Lakin təzyiqləri artıran Danimarka millisi istəyinə 34-cü dəqiqədə çatıb. Morten Yulman baxımlı qola imza atıb. Bundan sonra komandalar qarşlıqlı hücumlar qursalar da hesab dəyişməyib. Danimarka 1-1 İngiltərə. 
 
Qarşılaşmanın ən yaxşı oyunçusu isə 90 dəqiqə meydanda olan danimarkalı Piyer-Emil Hoyberq olub. Günün son qarşılaşması isə B qrupunda yer alan İspaniya və İtaliya seçmələri arasında olub.
 
Matçda hesab 55-ci dəqiqədə açılıb. Rikardo Kalafiori avtoqol müəllifi olub. İspaniya 1:0 İtaliya Matçın ən yaxşı oyunçusu isə buğaların heyətində yer alan Niko Uilyams seçilib.

Qeyd edək ki, turnir başlayan gündən futbolçuların öz qapılarına vurduqları qol sayı 5-ə çatıb. Həmin futbolçuları təqdim edirik.
1 Almaniya - Şotlandiya matçında Bundestimin heyətində yer alan Rüdiger
2. Avstriya - Fransa matçı (Vöber) 
3.Portuqaliya - Çexiya (HRANAC)
4. Xorvatiya - Albaniya (Gyqasula) qyasula həm də avropa çempionatlarının tarixində həm rəqib qapısına həm də öz qapısına qol vuran futbolçu kimi turnir tarixinə düşüb.
5. İspaniya - İtaliya (Kallafiori) 
İndi isə gəlin turnirin 8-ci günündə keçiriləcək matçlara nəzər salaq.

İ qrupu çərçivəsində \"Düsseldorf arena\"da Slovakiya və Ukrayna milliləri üz-üzə gələcək. Qarşılaşmaya saat 17:00-da start veriləcək.

D qrupunda isə Polşa və Avstriya yığmalrı qarşılaşacaq. Saat 20:00-da başlayacaq matç Berlin olimpiya stadionunda keçiriləcək.

Saat 23:00-da isə D qrupunun 2-turunun son qarşılaşmasında Niderland və Fransa seçmələri mübarizə aparacaq.
 
Matça Leypziq arenada start veriləcək.

Bugünlük bizdən bu qədər siz də hesab təxminlərinizi yazmağı unutmayın. 
 
Fərid Faiqoğlu
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
azxeber.com

10Mənbələr