AZ

“Ermənistan təşkilatın müttəfiqi olaraq qalır” – KTMT


“KTMT Ermənistan qarşısında bütün öhdəliklərini özündə saxlayır, ölkə təşkilatın müttəfiqi olaraq qalır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov təşkilatın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında deyib.
“Ermənistan KTMT-də bizim müttəfiqimizdir və müttəfiqimiz olaraq qalır və bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz öz qüvvəsindəddir. Ancaq təşkilata üzvlük məsələsi ölkənin suveren hüququ və qərarıdır”, - baş katib bildirib.
Onun sözlərinə görə, KTMT İrəvanın Ermənistanın təşkilatdakı statusuna aydınlıq gətirəcəyini gözləyir.
“Ümid edirəm ki, Ermənistan KTMT-yə üzvlüklə bağlı vəziyyətə aydınlıq gətirəcək və təşkilata üzv olub-olmamaq barədə rəsmi qərar qəbul edəcək”, - o deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərdə növbəti məntiqi addımın təşkilatdan çıxmaq olacağını bildirmiş, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Moskva ilə İrəvan arasında münasibətlərdə müttəfiqliyin və tərəfdaşlığın üstünlük təşkil edəcəyinə ümid etdiyini vurğulamışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
yeniavaz.com

1Mənbələr