AZ

Kim Çen Inın bacısı sərhəddə vərəqə yayan koreyalıları HƏDƏLƏDİ

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq ölkədən qaçandan sonra KXDR əleyhinə vərəqələr yayan həmvətənlərini hədələyib.

KONKRET.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən bildirir ki, o, vətənləri əleyhinə fəaliyyət göstərən belə insanların gözlənilməz problemləri ola biləcəyini söyləyib.

“Bu pisliyi edənlər ilk növbədə öz həmvətənləri tərəfindən sərt qınaqla qarşılaşacaqlar. Onlar etməməli olduqları şeyləri etdilər. Cəzasız qalmayacaqlarına əmin olsunlar” – Kim Çen Inın bacısı deyib.

Xatırladaq ki, ötən gecə qaçqınlar KXDR-lə sərhəddən içərisində 300 min vərəqə 20 böyük şarə havaya buraxıblar. Vərəqələrdə Şimali Koreya rejimi sərt şəkildə tənqid edilir və Cənubi Koreya bütün koreyalıların son ümid yeri adlandırılır.

Orxan HƏSƏNLİ,
KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
konkret.az

1Mənbələr