AZ

“Lənkəran” və MOİK Azərbaycan çempionatına gəlir

Azərbaycan Basketbol Liqasında klubların sayı artırılacaq.

İdman.bizin əldə etdiyi məlumata görə, yeni mövsümdən “Lənkəran” və MOİK komandaları da ölkə çempionatında mübarizə aparacağı gözlənilir.

Onlarla yanaşı, Tovuz və Qəbələni təmsil edəcək klubların da Liqada olacağı gündəmdədir. Yekun qərar isə iyunun sonu və ya iyulun əvvəlində veriləcək.

Qeyd edək ki, ABL-da son mövsümdə 10 klub qüvvəsini sınayıb və yarışın qalibi “Sabah” olub.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
idman.biz

1Mənbələr