AZ

Erməni analitik: İrəvandan bir hissə Azərbaycana veriləcək

Ermənistanda bir neçə gündür Azərbaycanın guya, müharibəyə hazırlaşdığı barədə məsələlər müzakirə olunur. Tribunainfo.az xəbər verir ki, bu müzakirələrə səbəb olan məlumatın mənbəyi isə Ermənistanın XİN başçısı Ararat Mirzoyan olub.
O bir neçə gün əvvəl iddia edib ki, guya, COP-29 tədbirlərindən sonra Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır. Erməni nazir bu barədə məlumatlarının olmamasını desə də, fikrini gedişatın təhlili ilə əsaslandırıb.
Qeyd edək ki, Ermənistanda Azərbaycanın müharibəyə başlaması ilə bağlı fərqli fikirlər də mövcuddur. Xüsusən hərbi ekspertlər bildirirlər ki, indiki şəraitdə Azərbaycana müharibə lazım deyil.
Tribunainfo.az bildirir ki, bu fikirdə olanlardan biri də hərbi ekspert Hayk Nahapetyandır. O qeyd edir ki, Azərbaycanın müharibəyə hazırlaşması və müharibə etmək istəməsi barədə deyilənlər xeyli şişirdilib. “Azərbaycana müharibə lazım deyil. Onların hədəfi taktiki yollara, su ehtiyatlarına, hərbi ərazilərə nəzarət edərək Ermənistanı mühasirəyə almaqdır”.
Lakin erməni hərbi ekspert onu da qeyd edir ki, Azərbaycan Ermənistanı mühasirədə saxlamaqla, təkcə ona nəzarəti kənardan etmək fikrində deyil. “Bu proses fonunda bir neçə hadisənin də baş verməsi gözlənilir. Birincisi, ermənilər zaman içində Ermənistanı kütləvi şəkildə tərk etməyə başlayacaqlar. Çünki onlara lazım olan şəraiti hökumət qura bilməyəcək. Bu kəndlərin boşalması, böyük ərazilərin sahibsiz qalması ilə nəticələnəcək. Ardından Azərbaycan Ermənistana qarşı təzminat davası açacaq və onun ödənilməsini tələb edəcək. Nəticədə, Ermənistan bu məbləği ödəyə bilmədiyi üçün ərazisinin bir qismini Azərbaycana verməli olacaq. Aydın məsələdir ki, həmin ərazilərə azərbaycanlıları köçürəcəklər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
tribunainfo.az

1Mənbələr