AZ

"Sumqayıt"ın kapitanı: "Fehervar" haqda məlumatım azdır, amma bir ay vaxtımız var"

"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev Sportal.az saytına açıqlama verib.

O, komandasının Avropa Liqasının təsnifat mərhələsində "Fehervar"la görüşlərdəki şanslarını dəyərləndirib:

"Düzü, püşkatma zamanı xüsusi istədiyimiz və ya istəmədiyim komanda yox idi. "Fehervar" yaxşı komandadır. Potensial rəqiblər arasında fikrimcə zəif kollektiv də yox idi, hamısı yaxşı komandalardır. "Fehervar" haqda məlumatım azdır. Oyuna kimi hələ bir ay vaxt var. Ona qədər həm məşqçilər tərəfindən, həm də özümüz yetərincə məlumatlanacağıq. Mən də istəyirəm ki, artıq mərhələ keçək. İnanıram ki, yaxşı olacaq. Komandamıza inanıram. Artıq səfər qolu deyilən bir şey yoxdur. Onun üçün ilk oyunun harada olması o qədər də fərq etmir. İnanıram ki, hər şey yaxşı alınacaq".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
sportal.az

1Mənbələr