İtaliya millisi ilk dəfə Avropa çempionatında avtoqol vurub.

Offsideplus.az xəbər verir ki, İspaniya yığması ilə qarşılaşmada bunu müdafiəçi Rikkardo Kalafiori edib. İtalyanlar üçün bu, yeganə qol olub və rəqibə qələbə qazandırıb.

İspaniya millisi altı xalla vaxtından əvvəl pley-offa vəsiqə qazanıb. İtaliyanın üç xalı var və 1/8 finala çıxmaq şansı yüksəkdir. Xatırladaq ki, ilk turda italyanlar Albaniyaya qalib gəlib (2:1).