AZ

"ABŞ silah versə, mənə edilən hücumlara dözəcəm"

İsrailin baş naziri Netanyahu X hesabındakı paylaşımında ABŞ-dan İsrailə silah və sursat göndərilməsini dəyərləndirib.

News24.az xəbər verir ki,v Netanyahu, "İsrailin müharibədə ehtiyac duyduğu sursatı ABŞ-dan alması şərti ilə mənə qarşı hücumlara dözməyə hazıram" deyib. 

İsrailin baş naziri Netanyahu çərşənbə axşamı paylaşdığı videoda ABŞ-ı ölkəsinə silah göndərməkdən imtina etməkdə ittiham edib.

Netanyahunun mətbuat konfransında səsləndirdiyi ittihamlarla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, “Keçən həftə (ABŞ) dövlət katibi (Entoni Blinken) baş nazir (Netanyahu) ilə görüşündə İsrailin təhlükəsizliyinə dair qətiyyətimizi birbaşa vurğulayıb". 

Bu mövzuda "ictimai şəkildə irəli-geri danışmağın" faydalı olmayacağını qeyd edən Miller, "Oktyabrın 7-dən bəri etdiyimiz kimi, fəaliyyətlərimizin faktları göstərməsinə icazə verəcəyik" dedi.

Miller, Netanyahunun "maneələrdən" danışarkən nə demək istədiyini anlamadıqlarını və bir göndəriş istisna olmaqla dəstəyin davam etdiyini bildirib.

İsrailə lazımi avadanlıqların verildiyini bildirən Miller, "Heç bir maneə yoxdur" deyə əlavə edib.

Bundan əlavə, İsrail Baş Nazirinin Ofisi çərşənbə günü bildirib ki, ABŞ-ın İsraildəki səfiri Cek Lyu baş nazir Benyamin Netanyahuya döyüş sursatı və silahların İsrailə çatdırılması prosesində olduğunu deyib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
news24.az

1Mənbələr