AZ

İllik qazanc faizi 10% olan bank istiqrazlarının yerləşdiriləcəyi tarix açqıqlandı

20 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ACCESSBANK” QSC-nin buraxılış həcmi 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi 28.06.2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "ACCESSBANK” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005004281

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli

İstiqrazın sayı: 5000 (ədəd)

İlkin ticarət qiyməti: 1,000 manat

Buraxılış həcmi: 5,000,000 manat

İllik gəlirlilik faizi: 10%

Ödəmə Periodu: İldə günlərin sayı 360(üç yüz altmış) və bir ayda günlərin sayı 30(otuz) gün olaraq götürülməklə hər 3(üç) təqvim ayından bir

Tədavül müddəti: 18 ay

Ticarətə buraxılma tarixi: 28.06.2024

Anderrayter: “ABB-İnvest İ.Ş” QSC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
8
marja.az

10Mənbələr