AZ

Pekin Tokionun Çin şirkətlərinə qarşı sanksiyalarına cavab tədbirləri görəcək

Çin rəsmiləri Yaponiyanın bəzi yerli şirkətlərə Rusiya ilə əməkdaşlıq etdiyinə görə sanksiyalarını tənqid edib və cavab tədbirləri görəcəklərinə söz veriblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian məlumat yayıb.

“Yaponiya tərəfi ÇXR-ın ciddi mövqeyini nəzərə almayıb və bəzi dövlətlərə qarşı qeyri-qanuni sanksiyalardan israrla sui-istifadə edir. Biz öz qanuni hüquqlarımızı qətiyyətlə müdafiə edəcəyik”, - deyə o bildirib.

Lin Jian bəyan edib ki, Pekin Moskva ilə bərabərhüquqlu və qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirir. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, burada xarici müdaxilə yolverilməzdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
operativmedia.az

1Mənbələr