AZ

Yunanıstana qaçmağa çalışan terrorçular yaxalandı

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana qaçmağa cəhd edən 4-ü FETÖ, 1-i “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatı üzvü olmaqla 9 nəfər sərhəd qüvvələri tərəfindən saxlanılıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik sosial media hesabından verdiyi açıqlamada, "Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 9 nəfər Ədirnədə növbətçi sərhəd əsgərlərimiz tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində saxlanılanlardan 4-nün FETÖ üzvü, 1-i isə DHKP-C terror təşkilatının üzvü olduğu müəyyən edilib", - deyə bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
cebheinfo.az

1Mənbələr