AZ

Sərxan Sərxan və Həmidə Ömərova 41 ildən sonra səhnədə GÖRÜŞDÜLƏR - FOTO/VİDEO 

Xalq artisti Sərxan Sərxan ad günündə konsert proqramı ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, musiqili gecədə ekranda həm Sərxanın, həm də Xalq artisti Həmidə Ömərovanın 41 il əvvəl lentə alınan “Musiqi müəllimi” filmindən kadrları nümayiş olunub. 

Bu anda isə S.Sərxan sözügedən ekran əsərində ifa etdiyi “List çinara” mahnısını səsləndirib. Diqqətçəkən məqam isə konsertdə Xalq artisti Həmidə Ömərovanın da iştirak etməsi olub. 
Qeyd edək ki, S.Sərxan “Musiqi müəllimi” filmində gənc musiqi müəllimini, H.Ömərova isə “Şəfiqə” obrazını canlandırıb. Film 1983-cü ildə böyük ekranlara çıxıb. 
 





Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
bizim.media

1Mənbələr