AZ

“Azərbaycan Nəşriyyatı” birdən-birə - ZƏRƏRLƏ İŞLƏMƏYƏ BAŞLAYIB - HESABAT

“Azərbaycan Nəşriyyatı” MMC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.

Qiymətli kağızlar «Azərpoçt»u mənfəətə çıxarıb – Əməliyyat zərəri edib, müştəri hesabları azalıb - HESABAT

FED.az xəbər verir ki, şirkət 2023-cü ili 1 milyon 609 min manat zərərlə başa vurub. 1 il əvvələ nəzər saldıqda isə 2022-ci il “Azərbaycan Nəşriyyatı” MMC 29 milyon 921 min manat mənfəət əldə etmişdi.

2023-cü il üzrə şirkətin gəlirlərinin həcmi 5 milyon 374 min manat olub. Satışın maya dəyəri isə 2 milyon 329 min manata bərabər olub.

Nəticədə şirkətin mənfəəti ötənilki 1,5 milyon manata qarşı 3 milyon olub.

Ötən il nəşriyyatın əsas problemi sair gəlirlərin kəskin azalması ilə bağlıdır. Belə ki, 2023-cü ildə sair gəlirləri cəmi 324 min manat olub. Bu 2022-ci illə müqayisədə 100 dəfə azalıb. 2022-ci ildə bu rəqəm 33 milyon olmuşdu.

Hesabat dövründə şirkətin inzibati və sair xərcləri demək olar ki, dəyişməyib və təqribən 5 milyon manat ətrafında olub. Belə ki, inzibati xərcləri 4 milyon 486 min manat, kommersiya xərcləri 265,4 min manat, sair xərcləri 226,2 min manat, vergitutma məqsədləri üçün nəzərə alınmayan xərci 2 milyon 199 min manat təşkil edib.

Nəticədə şirkət 2022-ci ildə 29 milyon mənfəət əldə etsə də, 2023-cü ili 1,6 milyon manat zərərlə başa vurub.

“Azərbaycan Nəşriyyatı” MMC ötən il 33 milyon 135 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində  1 milyon 717 min manat (4,9%) azalıb.

Şirkətin öhdəliklərinin həcmində də azalma nəzərə çarpır. Hesabat dövründə “Azərbaycan Nəşriyyatı” MMC-nin öhdəlikləri 108 min manat və ya 10,2% azalaraq 941,7 min manata çatıb.

Şirkətin cəmi kapitalı 32 milyon 193 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətdə 1 milyon 609 min manat (4,7%) azalma deməkdir.

Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi də 1 milyon 609 min manat (5,4%) azalıb və 28 milyon 115 min manat təşkil edib.

Nizamnamə kapitalında dəyişiklik olmayıb və 4 milyon 78 min 550 manat olaraq qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
fed.az

1Mənbələr