AZ

“Bu, səhv olardı” - Putin bu dəfə Cənubi Koreyanı hədələdi

Rusiya Prezidenti Vladimir Putin 3 günlük Asiya turnesinin son günündə Vyetnamın paytaxtı Hanoyda mətbuat konfransı keçirib.

“AzPolitika” xəbər verir ki, gündəmə dair jurnalistlərin suallarını cavablandıran rus lider bu dəfə Cənubi Koreyanı hədəf alıb.

Cənubi Koreyanın Ukraynaya silah verdiyini xatırladan Putin, Seul hökumətinə xəbərdarlıq edib: “Seulun Kiyevə silah verməsi səhv olardı. Rusiya bunun qarşılığında Cənubi Koreya administrasiyasının xoşuna gəlməyəcək qərarlar verə bilər”.

Ukraynanı silahlandıran Qərb ölkələrinə qarşı addımlar atacaqlarını bildirən Putin, Şimali Koreyaya silah verə biləcəklərini ifadə edib:“Bu silahları verənlər bizimlə müharibə etmədiklərini deyirlər. Mən isə deyirəm ki, Şimali Koreya ilə bağladığımız müqavilələri nəzərə alaraq başqa ölkələrə silah tədarük etmək hüququmuzu özümüzdə saxlayırıq”.

Daha sonra Cənubi Koreyanın Şimali Koreya ilə imzaladıqları strateji əməkdaşlıq müqaviləsinə görə narahat olmaması lazım olduğunu vurğulayan Putin, hədələyici tonda bu ifadələri işlədib: “Şimali Koreya ilə müqavilə hərbi hücum zamanı qarşılıqlı yardımı nəzərdə tutur. Əgər Pxenyana hücum etməyi planlaşdırmırsa, Seulun bu barədə hansısa qorxusu olmamalıdır”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azpolitika.info

1Mənbələr