AZ

Parlament buraxıldı: Deputatlar Prezidentə müraciəti dəstəklədilər

Parlametin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə bağlı Milli Məclis qərar verib.

“Cebhe.info” xəbər verir ki, Milli Məclisin qərarını deputat Tahir Rzayev təqdim edib.

Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini şərtləndirən səbəblər qeyd olunub.

Eyni zamanda Konstitutsiyaya istinad edilərək növbədənkənar seçkilərin keçirilməsinin hüquqi baxımdan heç bir qadağa olmadığı Milli Məclisin müraciətində öz əksini tapıb.

Milli Məclisin qərarı deputatların səsverməsinə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
cebheinfo.az

1Mənbələr