AZ

Boliviya məqsədinə çatmaq üçün rəqiblərini dağa qaldıracaq

Boliviya millisi 2026-cı il dünya çempionatına vəsiqə ilə bağlı tapşırığı sadələşdirmək üçün bir yol tapıb. Sport24.az "El Pais"-ə istinadən xəbər verir ki, boliviyalılar seçmə mərhələ oyunlarını 4150 metr hündürlükdə yerləşən stadionda keçirməyi planlaşdırırlar. Boliviya millisi bu addımı ilə rəqibləri üzərində ciddi üstünlük əldə etmək istəyir.
 
Belə ki, bu cür yüksəklikdə şəraitə uyğunlaşmayan insanlarda oksigen çatışmazlığından başgicəllənmə, ürəkbulanma və sair özünü göstərə bilər. Bəzi hallarda insanların oksigen balonuna ehtiyacı ola bilər və ya hətta, daha aşağı hündürlüyə evakuasiya edilməli olurlar.
 
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sport24.az

1Mənbələr