AZ

Məhkəmə işi Trampa yaradı: həm milyonlar gəlir, həm də...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ianə kampaniyalarında indiki dövlət başçısı Co Baydeni geridə qoyub.

Publika.az xəbər veir ki, bu barədə "The New York Times" (NYT) yazır.

Tramp ikinci aydır ki, Baydeni ianələrdə üstələyib. Bu müddət ərzində keçmiş prezident hazırkı prezidenti təxminən 81 milyon dollar üstələyib. Nəşr hesab edir ki, bu, respublikaçının "məhkum edilməsi"ndən sonra dəstək axını ilə bağlıdır.

Qeyd olunur ki, may ayında Baydenin seçki qərargahı Demokratlar Partiyasının Milli Komitəsi ilə birlikdə 85 milyon dollar, Tramp və Respublikaçılar Partiyasının Milli Komitəsi isə 141 milyon dollar toplayıb. Aprel ayında Trampın komandası Baydeninkindən 25 milyon dollar çox qazanıb.

Mayın 31-də Manhetten cinayət məhkəməsinin münsiflər heyəti Donald Trampı porno aktrisa Stormi Danielsə ödənişləri gizlətməkdə ittiham olunan cinayət işinin bütün 34 maddəsi üzrə təqsirli bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
publika.az

2Mənbələr