AZ

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında iyunun 24-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bulvar ərazisində, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının qarşısında baş tutacaq yarışda paytaxtla yanaşı Mingəçevirdən olan 80-ə yaxın yeniyetmə və gənc avarçəkən mübarizə aparacaq.  İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində yarışacaq. Bakı birinciliyi bir gün davam edəcək.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasından yeni, perspektivli idmançılar seçmək, onları gələcəkdə milli komandanın heyətinə cəlb etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
16
qafqazinfo.az

10Mənbələr