AZ

Əli Hüseynlidən növbədənkənar parlament seçkiləri AÇIQLAMASI

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar parlamentin iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, komitə rəhbəri deyib ki, bir sıra amillər növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün zəruridir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri bildirib ki, COP29-a qədər parlamentin tam formalaşması zəruridir:

“Tədbirlərin ən yüksək səviyyədə keçirilməsinin özü də Azərbaycanın beynəlxalq səviyyədə qəbul etdiyi öhdəliklərdən biridir. Məhz bu amil də növbədənkənar seçkilərin vaxtından əvvəl keçirilməsini zəruri edir”.

Ə.Hüseynlinin sözlərinə görə, heç şübhəsiz ki, növbədənkənar parlament seçkiləri bu ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanın bütün legitim ərazilərində keçiriləcək ikinci seçki olacaq:

“Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olaraq Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqsədəmüvafiq hesab edirik”.

E.Paşasoy,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
musavat.com

3Mənbələr