AZ

Yeni legitim qanunverici orqan xalqımızın yüksək gözləntilərini doğruldacaq - RƏY

Yeni legitim qanunverici orqanın formalaşması ilk növbədə, xalqımızın yüksək gözləntilərini doğruldacaq.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, yeni parlamentin ictimai-siyasi palitranı özündə dolğun əks etdirməklə yanaşı, ən başlıcası, xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inanırlar: “Hazırda dünyada yalnız hərbi, siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı var. Ləyaqətli kadrlar, insan amili bütün formasiyalarda idarəçiliyin bir nömrəli məsələsidir. Ona görə də yeni seçkilərdə əsas şüarlar, “Qələbəni möhkəmləndir!” və “ən böyük sərvət insandır!” devizidir. Qurulacaq yeni parlamentdə hərbi meydanlarda həyatını verən gənclərin elm, diplomatiya, beynəlxalq siyasət və digər səngərlərdə nəsil, əqidə yoldaşlarının daha çox təmsil olunacağına inanırıq. Müharibədə qalib gələn millət seçkilərdə də qələbə qazanacaq”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, dövlətimiz qarşısında yeni inkişaf perspektivləri açılıb, islahat aparılır: “Azərbaycan tarixinin bu şərəfli mərhələsində VI çağırış Milli Məclis daim ölkə Prezidentinin yanında olub. VI çağırış Milli Məclisin fəaliyyəti dərəcə uğurlu olub. Mən də hesab edirəm ki, təmsil olunduğum Yeni Azərbaycan Partiyasının İdarə heyətinin qərarı məqsədəuyğundur. Növbədənkənar parlament seçkilərin keçirilməsi və bu barədə Prezidentə müraciət məqsədəmüvafiqdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
apa.az

1Mənbələr