AZ

Stüart Turl: “Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir”

“Azərbaycan bərpaolunan enerji istehsalı sahəsində böyük potensiala malikdir. Ölkənin Avropanın yaşıl enerji üzrə aparıcı təchizatçısı olmaq üçün unikal şansı var”.

Bu sözləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına britaniyalı ekspert, “Wood” şirkətinin dekarbonizasiya üzrə direktoru Stüart Turl deyib.

O əlavə edib ki, ölkənin neft sənayesində də potensialı danılmazdır: “Ölkənin böyük təcrübəsi var, həm quruda, həm də dənizdə neft və qaz hasilatını səmərəli şəkildə artırmaq üçün müştərilərlə sıx əməkdaşlıq edir. Biz dayanıqlı enerji sisteminin karbonsuzlaşdırılması və gücləndirilməsi səylərinə diqqət yetirməklə yanaşı, əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik. Biz bu layihələrin reallaşmasına kömək etmək üçün hökumət siyasətini və xarici investisiyaları, eləcə də yerli icra imkanlarını birləşdirməliyik”.

S.Turlun sözlərinə görə, bərpaolunan enerji mənbələri üzrə böyük potensiala malik ölkə olan Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir: “Ölkənin inkişafının neft hasilatı ilə ayrılmaz şəkildə bağlı olmasına baxmayaraq, Bakı yaşıl enerjiyə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqinə və iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə ciddi töhfə verən regional liderdir”.

Ekspert vurğulayıb ki, Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji cəhətdən təmiz texnologiyalar və təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin reabilitasiyası tədbirlərinin görülməsi ilə sıx bağlı olacaq.

Tamilla MƏMMƏDOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
vergiler.az

1Mənbələr