AZ

Lebron Ceymsin yeni baş məşqçisi məlum oldu

JJ Redik “Los Anceles Leykers”in yeni baş məşqçisidir. Tərəflər dörd illik müqavilə imzalamaq barədə razılığa gəliblər.

“The Athletic”in məlumatına görə, Redik ildə təxminən 8 milyon dollar qazanacaq. Məşqçilik təcrübəsi olmasa da, o, dərhal liqada ən yüksək maaş alan 10 baş məşqçidən birinə çevriləcək.

ESPN insayderi Adrian Vojnarovskinin yazdığına görə, Pelinka Redikin oyunçularla ünsiyyət qurma bacarığı və basketbol düşüncəsinə heyran qalıb. Funksioner hesab edir ki, təcrübəli köməkçilərlə birlikdə, Redik yeni vəzifəsində uğur qazanacaq.

Redik 2021-ci ilin sentyabrında oyunçu karyerasını dayandırıb. Bundan sonra o, ESPN-də ekspert kimi çalışıb və 2023-cü ildə şərhçi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
futbolinfo.az

1Mənbələr