AZ

İsrailin hücumları nəticəsində 14 fələstinli həyatını itirdi

İsrailin hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla ən azı 14 fələstinli həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağının müxtəlif yerlərində evlərə endirdiyi hava zərbələri nəticəsində aralarında uşaqların da olduğu çoxlu fələstinli həyatını itirib. 

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki evi hədəf alıb. 

Hücum nəticəsində 2 fələstinli ölüb, 12 nəfər yaralanıb. İsrail ordusunun Bureyc və Meqazi qaçqın düşərgələrinə intensiv artilleriya hücumları nəticəsində çox sayda insan yaralanıb. 

İsrail döyüş təyyarələrinin Qəzzanın cənub-şərqindəki Əz-Zeytun bölgəsinə hücumu nəticəsində ən azı 8 fələstinli həyatını itirib.

Günel
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
azxeber.com

1Mənbələr