AZ

Milli Məclis seçki müraciəti ilə bağlı komissiya yaratdı

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında bu barədə bildirib.

Spiker deyib ki, sədr müavini Adil Əliyevin sədrliyi, Siyavuş Novruzov, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarainin üzvlüyü ilə komissiya yaradılır.

E.Paşasoy,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
musavat.com

1Mənbələr