AZ

"Qarabağ" – "Sabah" oyununda 35 penalti vuruldu – FOTOLAR + VİDEO

AFFA U-15 Liqasının qalibi "Qarabağ" olub.

Prosport.Az-ın xəbərinə görə, 21 iyunda “ASCO Arena”da 3-cü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda saat 11:00-da start götürən matçda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “Neftçi” komandası yarışı 3-cü sırada tamamlayıb.

Ardından saat 17:00-da başlayan final qarşılaşmasında “Qarabağ” və “Sabah“ komandaları üz-üzə gəlib. Müntəzəm çempionatı 1-ci və 2-ci yerdə başa vurmuş komandaların cari mövsümkü duellərində "Qarabağ" 2:1 və 2:0 qalib gəlmişdi. "Sabah" bu dəfə də "Qarabağ"ın müqavimətini qırmağı bacarmayıb.

Matçın əsas (80 dəqiqə) və əlavə vaxtı (30 dəqiqə) 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"dan Eldar Abbasov və Kəmaləddin Cəfərli, "Sabah"dan Samir Şərifov və Nihat Şirinzadə fərqlənib. Matçın penaltilər seriyasında 18:17 hesablı qələbə qazanan “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.

Finaldan sonra komandalar medallar və diplomlarla təltif olunub. Həmçinin, fərdi nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. Mövsüm ərzində 38 qol vuran “Sabah”ın kapitanı Samir Şərifov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın kapitanı Uğur Qurbanlı isə mövsümün ən yaxşı oyunçusu seçilib. "Neftçi"yə mükafatları AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov, qızıl və gümüş medalçılara AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.


































































View this post on Instagram A post shared by Prosport.Az (@prosport_az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
prosport.az

1Mənbələr