AZ

Sahibə Qafarova Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçiriləcəyi anonsunu verdi

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova növbədənkənar seçkilərin keçiriləcəyi anonsunu verib. Sədr eyni zamanda bildirib ki, GOP-29 beynəlxalq iqlim konfransının keçirilməsi ölkəmizə beynəlxalq etimadın və nüfuzunun artmasının göstəricisidir.

"Azərbaycan Respublikasının konstitusiyasının 84-cü maddəsinə uyğun olaraq parlamentin səlahiyyət müddəti 5 ildir. Konstitusiyanın 98.1-ci maddəsinə uyğun olaraq isə növbədənkənar seçkilər 5 ildən tez keçirilə bilər. MM-in yeni çağırışının tam formalaşması GOP-29 beynəlxalq tədbirinin ən yüksək səviyyədə keçirilməsi zamanı parlament diplomatiyasından tam istifadə edilməsinə tam şərait yaradacaq. Bu baxımdan parlament seçkilərnin demokratiyaya tam uyğun keçirilməsinin təmin olunması üçün  bunları nəzərə dalaraq Yeni Azərbaycan Partiyasının üzvləri mənə müraciət etmişlər və Prezidentə növbədənkənar seçkiləri keçirilməsi ilə bağlı müraciət ünvanlanmağı tövsiyə etmişlər", deyə Sahibə Qafarova münasibətini ifadə edib.  

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
hurriyyet.az

1Mənbələr