AZ

Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elşən Bağırova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Elvin Mirzəyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əfsanə Bağırova bel nahiyəsindən bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elşən Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
6
e-huquq.az

8Mənbələr