AZ

Oktay Kaynarca yeni seriala çəkilir

Türkiyəli məşhur aktyor Oktay Kaynarca yeni seriala çəkilir.

“Cebhe.info” xəbər verir ki, təcrübəli aktyorun sentyabr ayında yeni layihə ilə tamaşaçıların qarşısında çıxacağı məlum olub.

Onun qısa müddət sonra yeni serialla bağlı çalışmalara başlayacağı bildirilir.

Sözügedən ekran işinin də “ATV” kanalında yayımlanması gözlənilir. Oktay Kaynarca da yeni serialla bağlı iddiaları təsdiq edib.

O, hazırda aparıcısı olduğu “Alan” proqramı bitdikdən sonra bir müddət tətil edəcəyini, daha sonra yeni serial çalışmalarına başlayacağını açıqlayıb.

Sevilən aktyorun yeni layihəsinin də daha öncə baş rolda oyandığı “Eşkıya Dünyaya Hükümdar Olmaz” və “Ben Bu Cihana Sığmazam” serialları ilə bənzərlik təşkil edəcəyi proqnozlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
cebheinfo.az

1Mənbələr