AZ

Yaponiyadan Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı sanksiya

Yaponiya Nazirlər Şurası Ukraynadakı vəziyyətlə əlaqədar Moskvaya qarşı tətbiq edilən sanksiyaların” qara siyahı”sına Rusiyadan 11 nəfəri və 42 şirkəti əlavə etdiyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, siyahıya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Nataliya Budarina və MSK-nın digər beş üzvü, həmçinin “Rusiyanın Taktiki Raketləri” şirkətinin prezidenti Boris Obnosov, “Uralvaqonzavod”un baş direktoru Aleksandr Potapov və “Soyuz” aviamühərriki elmi-texniki kompleksinin baş konstruktoru Mkrtiç Okroyan daxildir.

“Qara siyahı”ya düşən şirkətlər arasında rusiyalı almaz mədənçisi “Alrosa”, eləcə də təyyarə istehsalçıları “Tupolev” və “İlyushin” var.

Yaponiyanın sanksiyalarına Çinin “Alpha Trading Investments”, “Guangzhou Ausay Technology” və “Shenzhen Biguang Trading”, həmçinin BƏƏ-nin “Sun Ship Management”, Hindistanın “Si2 Microsystems”, Qazaxıstanın “Elem Group” və Özbəkistanın “Mvizion LLC” şirkətləri də daxildir.

Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq edilən Yaponiya sanksiyaları hazırda Rusiyadan 1000-dən çox fiziki və 150-dən çox quruma təsir edir. Bu günə kimi “Alfa Bank”, “VTB”, “VEB.RF”, “Novikombank”, “Otkritie Bank”, “Promsvyazbank”, “Rossiya Bank”, “Sberbank”, “Sovcombank”, eləcə də 40-a yaxın digər təşkilat və şirkətlərin aktivləri dondurulub. 

Bundan əlavə, Yaponiya hazırda təxminən 800 adda olan Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını təsdiqləyib. Konkret olaraq, dəyəri 6 milyon yendən (təxminən 43 min dollar) çox olan avtomobillərin ixracı qadağan edilib.

Yaponiya həmçinin 2023-cü il avqustun 9-dan Rusiyaya benzin və dizellə işləyən avtomobillərin və mühərrikinin həcmi 1,9 litrdən çox olan hibrid avtomobillərin tədarükünə qadağa qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
cebheinfo.az

1Mənbələr