AZ

Tanınmış professor vəfat etdi - FOTO

 
Azərbaycan Tibb Universitetinin (ATU) Ağız və üz çənə cərrahiyyəsi kafedrasının professoru Yunis Yusubov dünyasını dəyişib.
 
Sağlamolun.az xəbər verir ki, Yunis Yusubov 1942-ci ildə anadan olmuşdu. 1964-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirmiş, 1972-ci ildə Kiyev Şəhər Həkimləri Təkmilləşdirmə İstitutunun Cərrahi stomatologiya kafedrasına aspiranturaya qəbul olmuşdu. 1975-ci ildə tibb elmləri üzrə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdi.
 
 
O, Kiyev Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasında assistent işləmiş, 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun Cərrahi stomatologiya kafedrasına professor vəzifəsinə seçilmişdi.
  Həkim 300-dən çox elmi işin, o cümlədən iki dərsliyin, üç kitabın, bir monoqrafiyanın (həmmüəllifi), 23 ixtiranın, 15 metodik tövsiyyə və metodik işləmələrin müəllifi idi. Yunis Yusubov 1996-cı ildə ilk dəfə olaraq Azərbaycan dilində cərrahi stomatologiya üzrə dərslik çap etdirmişdi.  
Allah rəhmət eləsin!  

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
saglamolun.az

1Mənbələr