AZ

Məhərrəmlik girməmiş toy “TIXAC”ı - Şadlıq sarayları menyu qiymətlərini niyə QALDIRIB? – FOTO  

Bu il Məhərrəm ayı iyulun 6-7-nə düşür. Məhərrəmlik ayı digər aylardan fərqlənir. Bu ayda müəyyən əməllər var ki, onlardan qaçılır. Bu ayda müsəlmanların Şəhidlər Şəhidi İmam Hüseynə (ə) yas tutması səbəbindən Məhərrəmlikdə toy, nişan və sairə məclislərin təşkili, bayram tədbirləri, eləcə də konsertlərin keçirilməsi məsləhət görülmür.

Ailə qurmağa hazırlaşanlar Məhərrəm ayı girmədən toy tədarüklərini görməyə başlayıblar. Artıq şadlıq saraylarında toy etmək istəyənlərlə bağlı sıxlıq yaranıb. Təəssüf ki, ölkəmizdə  şadlıq sarayında toy dedikdə insanların ağlına bahalı və çox yemək çeşidi gəlir.

Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir. İnsanlar normal vaxtda hər getdiyi toya minimum 50 manat ödəyirdisə, restoranlarda qiymətlər qalxdığı üçün daha artıq pul yazdırmaq məcburiyyətində qalırlar.

Bakıda menyusu 40 manatdan tutmuş 500 manata qədər xidmət təklif edən şadlıq evlərinə rast gəlinir.

Maraqlıdır, hazırda şadlıq saraylarında bir masanın qiyməti nə qədərdir?

Referans.az xəbər verir ki, Bizim.Media restoranlar arasında sorğu keçirib.

“Grand Opera” şadlıq sarayından saytımıza bildirilib ki, hazırda 450-500 nəfərlik zalda masa qiyməti 120-160 manat arasında dəyişir. Servis xidmətləri (musiqi və videoçəkiliş) menyuya daxil deyil.

“Grand Neon”-dan isə bildirilib ki, 450-500 nəfərlik zal üçün qiymət 90-160 manat aralığındadır. Burada da musiqi-videoçəkiliş qiymətə daxil deyil.

“Alp Delux” şadlıq sarayında 450-500 nəfərlik zal üçün masa qiyməti 90-160 manatdır. Servis xidmətləri menyuya daxildir.

“Altun” restoranında 450-500 nəfərlik zalda qiymət 65-90 manat, “İnci” şadlıq sarayında 60-85 manat, “Çıraq Palace”-da isə 55-65 manatdır. 

Sorğu keçirdiyimiz şadlıq saraylarının bir çoxu müştərini cəlb etmək üçün telefon danışığı zamanı qiymətləri daha münasib söyləsə də, real mənzərə bunun əksini deyir.

Məhz eyni restoranlar üzrə apardığımız araşdırmalara görə, “Grand Neon”-da 450-500 nəfərlik zalda masa qiyməti 90 yox, 120 manatdan başlayır. Həmçinin “Altun” restoranında qiymətlər 65-90 manat yox, 110-150 manat təşkil edir. Elə bu vəziyyət “Çıraq Palace”-da belədir. Yəni burada masa qiyməti 55-65 manat deyil, 50-150 manat aralığındadır.

Restoranlardakı qiymətlərlə bağlı fotoları təqdim edirik:



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
referans.az

2Mənbələr