AZ

Mikroplastiklər ilk dəfə kişi cinsiyyət orqanlarında aşkar edilib » Medical Media


Almaniya və Amerikanın aparıcı alimləri kişi cinsiyyət orqanlarının toxumalarında mikroplastiklərin olduğunu təsdiqləyiblər.

Medicalmedia.az “Echonedeli” portalına istinadən xəbər verir ki, yeni araşdırma beş nümunədən dördündə ölçüləri 20 ilə 500 mikrometr arasında dəyişən hissəciklər tapıb. LDIR lazer sistemi və Zeiss Merlin skan edən elektron mikroskopu vasitəsilə polietilen tereftalat və polipropilen də daxil olmaqla yeddi növ plastik aşkar edilib.

Plastik hissəciklər penis funksiyasına mənfi təsir göstərə bilər

Reproduktiv urologiya üzrə aparıcı ekspert Ranjit Ramasami qeyd edib ki, belə hissəciklər penis funksiyasına, o cümlədən erektil funksiyaya, həmçinin spermatogenezə mənfi təsir göstərə bilər.

Alimlər mikroplastiklərin insan sağlamlığına potensial təsirini müəyyən etmək və gündəlik həyatda plastik materialların istifadəsini məhdudlaşdırmaq da daxil olmaqla müvafiq ehtiyat tədbirlərinin işlənib hazırlanması üçün əlavə tədqiqatlar aparmağa çağırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
medicalmedia.az

2Mənbələr