AZ

Sertifikasiyadan 56 bal toplayan müəllim: "Suallar asan idi"

İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Mehriban Abazova sertifikasiyadan yüksək nəticə toplayıb.

 

Belə ki, o, imtahanı 1 saat müddətində tamamlayaraq 56 bal toplayıb.

 

“İmtahan çox rahat keçdi. Ümumən stressiz idim və suallar da mənə çətin gəlmədi. Daha əvvəl sınaq imtahanında iştirak etmişdim. Demək olar ki, eyni balı topladım”, - deyə müəllim bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
35
azedu.az

10Mənbələr