AZ

Argentina qələbə qazandı, Messinin rekord qırdı

Amerika Kubokuna start verilib.

ABŞ-də keçirilən turnirin açılış matçında son dünya çempionu Argentina millisi Kanada ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Argentinanın heyətində Xulian Alvares (49-cu dəqiqə) və Lautaro Martines (88-ci dəqiqə) fərqlənib.

Bu oyunda Argentina millisinin kapitanı Lionel Messi yarışın tarixinə düşüb. 37 yaşlı hücumçu turnirin açılış matçına çıxaraq rekorda imza atıb. O, bu yarışda ən çox oyun keçirən futbolçu olub.

Messi Amerika Kubokundakı ümumi oyun sayını 35-ə çatdırıb. Çili millisinin əfsanəvi qapıçısı Serxio Livinqston isə turnirdə 34 oyuna çıxıb.

Qeyd edək ki, Argentina millisi Amerika kubokunun 15 qat qalibidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
futbolinfo.az

1Mənbələr