AZ

Malavinin yeni vitse-prezidenti təyin edilib

Malavinin

Bakı, 21 iyun, AZƏRTAC

Malavi prezidenti Lazarus Çakvera iyunun 10-da təyyarə qəzasında həlak olan Saulos Çilimanın yerinə Maykl Usini yeni vitse-prezident təyin edib.

AZƏRTAC xəbər verir ki, yeni vitse-prezidentin bu gün and içərək səlahiyyətlərinin icrasına başlayacağı bildirilir.

Usi vitse-prezident təyin olunana qədər təbii ehtiyatlar və iqlim dəyişikliyi naziri olub. O, həm də Çilimanın qurduğu və rəhbərlik etdiyi Birləşmiş Transformasiya Hərəkatı partiyasının sədr müavinidir.

Əlli altı yaşlı Usi aktyor, dramaturq və kinorejissor kimi əyləncə sənayesinə verdiyi mühüm töhfələrlə tanınır. O, səhiyyə, təhsil və iqtisadi inkişaf sahələrində icma layihələrinə diqqət yetirərək qeyri-hökumət təşkilatlarında da fəaliyyət göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
azertag.az

2Mənbələr