AZ

“Bəzi məktəblərdə keçirilən son zəng tədbirlərində neqativ hallar QEYDƏ alınıb” – Eşqi Bağırov 

Bəzi rayon və şəhər məktəblərində keçirilən son zəng tədbirlərində neqativ hallar qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O, bununla bağlı aidiyyəti şəxslərlə bağlı ölçü götürüləcəyini bildirib:

"Son zəngdən sonrakı günlər bayram günlərinə təsadüf edib. Bununla əlaqədar olaraq daxil olan müraciətlər emal olunur. Bu günlər ərzində yoxlamalar aparılır və nəticələri barədə məlumat veriləcək. Məktəblərə son zənglə bağlı təlimatlar verilmişdi. Həm bədii hissə, həm inzibati təşkilat hissəsi ilə bağlı tələblər bəzi hallarda pozuldu. Pozuntu ilə bağlı məsul şəxslərlə bağlı ölçü götürüləcək".

Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
bizim.media

1Mənbələr