AZ

BMT-dən çağırış: "İsrailə silah tədarükünü dərhal dayandırın"

BMT İsrailə silah verən ölkələrə və şirkətlərə çağırış edib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı BMT məruzəçiləri açıqlama yayıb.

Açıqlamada bildirilib ki, İsrailə silah və sursatların verilməsi ciddi insan hüquqları və beynəlxalq humanitar pozuntudur:

"İsrailə silah verən ölkələr bu addımlarına son qoymalıdır. "Systems", "Boeing", "Caterpillar", "General Dynamics Lockheed Martin", "Northrop Grumman", "Oshkosh", "Rheinmetall AG", "Rolls-Royce Power Systems", "RTX" və "ThyssenKrupp" kimi silah istehsalçıları mövcud ixrac lisenziyaları əsasında həyata keçirilsə də, İsrailə transferlərini dayandırmalıdırlar. Bu şirkətlər İsrail ordusuna silah və sursat göndərməklə, beynəlxalq insan hüquqlarının və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına şərik olurlar". 

Açıqlamada silah şirkətlərinə sərmayə qoyan maliyyə qurumlarına, o cümlədən "Alfried Krupp von Bohlen", "Halbach-Stiftung", "Amundi Asset Management", "Bank of America", "BlackRock", "Capital Group", "Causeway Capital Management", "Citigroup", "Fidelity Management & Research", "INVESCO Ltd", "JP Morgan Chase", "Harris Associates", "Morgan Stanley", "Norges Bank Investment Management", "Newport Group", "Raven's Swing Asset Management", "State Farm Mutual Automobile Insurance", "State Street Corporation", "Union Investment Privatfonds kimi investorlar", "Vanguard Group", "Wellington" və "Wells Fargo & Company" kimi şirkətlərə də çağırış edilib.

Gülşən Şərif

Seçilən
70
1
bakivaxti.az

3Mənbələr