AZ

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Güney Azərbaycan Milli Dövlətçilik Şurasının BƏYANATI

"İran" adlanan ölkədə İbrahim Rəisinin helikopter qəzası sonucu ölümünün ardınca növbədənkənar prezident seçkiləri qərarlaşdırılmışdır. "İran"da keçirilən ən son seçki nümayişinə əhalinin mütləq etinasızlığı açıqca göstərdi ki, artıq, bu ölkədə seçki yolu ilə hər hansı bir dəyişikliyin gerçəkləşəcəyinə kimsənin inancı qalmamışdır. Digər tərəfdən Güney Azərbaycan xalqının, həmin seçkiləri, birmənalı olaraq,  boykot etməsi, başqa bir gerçəkliyi də dünya ictimaiyyətinin gözü önünə sərdi. O da, məhz ondan ibarət idi ki, artıq Güney Azərbaycan İran mərkəzli, fars meyvəli hər hansı bir prosesin içində yer almaq istəmir və öz müqəddəratını farsın və ya başqasının deyil, özünün dövlətçiliyi çərçivəsində təyin etmək niyyətindədir. Bu isə, fars şovinizmi və onun hakim nümayəndəsi-İran işğal rejimini yeni tədbirlər görməyə sövq etdirmişdir.

"İran" adlanan dövlətin, bu tədbirlərini, əsasən , Güney Azərbaycan üzərindən gerçəkləşdirməyə çalışması və artıq köhnəlmiş olan hiləgərlikləri ilə xalqımızı fars mərkəzli "İran" oyunlarına çəkmək istəməsi, açıqca göstərir ki, xalqımızın  seçki nümayişini boykot edərək verdiyi məsaji anlamış və ciddi bir biçimdə qorxuya düşmüşdür.

Güney Azərbaycan Milli Dövlətçilik Şurası olaraq, əminliklə ifadə etmək istəyirik ki, Güney Azərbaycan xalqı və  Milli Hərəkatımızın dəyərli nümayəndələri   seçki manevrlərinin mahiyyətini bütün dərinliyi ilə dərk edir və fars şovinizminin növbəti hiləgərliyini də, daha öncəki seçki nümayişlərində olduğu kimi, dəf etməkdə qərarlıdır.

Sayqılarımızla,

Güney Azərbaycan Milli Dövlətçilik Şurası adından 

Mərkəzi Şura başqanı  Çingiz Göytūrk 

21.06.2024-cü il

Seçilən
99
2
ednews.net

3Mənbələr