AZ

Qərb Zelenskidən qurtulmaq istəyir?

"ABŞ və Avropa Birliyi Vladimir Zelenskidən yaxa qurtarmaq istəyir, çünki o, onların qoyduğu sərmayələr özünü doğrultmayıb". 

News365.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında bildirib.

O, Qərbin Kiyev rəhbərindən can qurtarbaq istəməsinə beş səbəb göstərib. Birincisi, bu, Ukrayna prezidentinə vətəndaşlar arasında dəstəyin aşağı səviyyədə olması ilə bağlıdır.

Volodin xatırladıb ki, may ayında Zelenskinin reytinqi 17%-ə düşüb. Bu, səfərbərlik yaşını 18 yaşa endirmək planları, iqtisadi problemlər və cəbhədəki məğlubiyyətlər səbəbindən baş verib.  Bundan başqa, eks-prezident seçkilərdən imtina edərək səlahiyyətlərini itirib.

Digər səbəb isə odur ki, Kiyev hakimiyyətden əl çəkmir və artıq onlara etibar etməyən Qərb kuratorları ayırdıqları vəsaitlərin istifadəsinə nəzarət etmək üçün xüsusi komissiyalar yaratmağa məcburdurlar:  O"nlar da bilirlər ki, verilən silahlar yenidən satılır".

Tural


Seçilən
189
news365.az

1Mənbələr