AZ

Fransa Ermənistanı silahlandırmaqla regionda sülhə və sabitliyə ciddi maneə törədir - Deputat

Bakı. Trend:

Fransa Ermənistanı silahlandırmaqla regionda sülhə və sabitliyəciddi maneə törədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, bu gün regionda həssas sülh prosesi gedir vəsülh quruculuğu istiqamətində mühüm addımlar atılır.

“Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub və buistiqamətdə bütün addımları atır. Fransa isə bütünqeyri-konstruktiv hərəkətləri ilə sülh prosesinə təhdidləryaradır.

Azərbaycan hər zaman Fransanın qərəzli, terrora, separatizmədəstək siyasətindən əziyyət çəkib. Fransa daim ermənipərəstmövqedən çıxış edib. 44 günlük Vətən müharibəsi ərzində Fransanınermənipərəst mövqeyi özünü daha açıq şəkildə büruzə verdi. Fransahəm Vətən Müharibəsi dövründə, həm də sonrakı dövrdə ermənipərəstmövqeyini açıq nümayiş etdirərək Ermənistanın yanında olduğunugöstərdi. Bu gün də Fransa Ermənistanı silahlandırmaqla öz məkirlisiyasətini davam etdirir”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Fransa Ermənistanı silahlandırmaqlaheç nəyə nail ola bilməyəcək.

“Azərbaycan qüdrətli ölkədir və güclü orduya malikdir. 44 günlükVətən müharibəsində Azərbaycan ordusunun gücü bütün dünyaya nümayişolundu. Azərbaycan hər zaman istənilən təhdidin qarşısını almağahazırdır.
Yaxşı olardı ki, Fransa regionda proseslərə müdaxilə etmək əvəzinəöz daxilində tüğyan edən problemlərə diqqət ayırsın. Fransa YeniKaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahatversin. Fransada milyonlarla müsəlmanın hüquqlarının pozulması,diskriminasiyaya məruz qalması, Fransada baş verən etirazaksiyaları zamanı polis zorakılığı, nümayişçilərə qarşı qəddarlıqhər kəsə yaxşı məlumdur. Yaxşı olardı ki, Fransa başqa regionlaramüdaxilə etmək əvəzinə daxilində olan problemlərə diqqət yetirsin”,- deyə deputat əlavə edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
az.trend.az

1Mənbələr