AZ

Özbəkistanda niqab taxan kişi CƏZALANDIRILDI

Özbəkistanın Daşkənd vilayətinin sakini niqab və qadın paltarı geyindiyinə görə 15 sutka həbs edilib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Daşkənd Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, daha əvvəl polis paytaxt bazarlarından birində qadın geyimində və niqabda gəzən 21 yaşlı Daşkənd vilayətinin Bukinski rayonunun sakinini saxlayıb. O, həbs zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd edib. Məhkəmə iclasında həmin şəxs uşaqlıqdan qadın geyimləri ilə maraqlandığını və niqab taxdığını bildirib.

Məhkəmə kişini inzibati xətalarda təqsirli bilib və 15 sutka həbs, həmçinin 10 əsas hesablama vahidi məbləğində cərimə kəsib.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
medianews.az

10Mənbələr