AZ

Lənkəranda bazarda güclü yanğın başlayıb - video


Lənkəran şəhərində bazarda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, ümumi sahəsi 250 kvadratmetr olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 kvadratmetr sahədə və içərisində qismən ərzaq malları yanıb.

Yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərdən birində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
buta.media

1Mənbələr