AZ

Yaponiya Rusiyanın 42 şirkətinə sanksiya tətbiq etdi


Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək, Rusiyadan 11 fiziki şəxsi və 42 şirkəti siyahıya əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Dərc edilmiş siyahıya, xüsusən də Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və Rusiya Mərkəzi Seçki Komissiyasının daha beş üzvü daxil edilib.
Aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalar “Taktik Raket Silahları” korporasiyasının rəhbəri Boris Obnosova, “Uralvaqonzavod”un baş direktoru Aleksandr Potapova və “Soyuz” şirkətinin baş konstruktoru Mkrtiç Okroyana da şamil edilib.
Rusiyaya qarşı növbəti sanksiya paketinin bir hissəsi olaraq İlyuşin adına Aviasiya Kompleksinə, Rusiya Federal Nüvə Mərkəzinə, “Alrosa” şirkətinə, həmçinin, Rusiyadan 39 digər şirkət və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.
Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq edilən Yaponiya sanksiyaları artıq Rusiyada 1000-dən çox insana və 150-dən çox təşkilata təsir edir.
Qeyd edək ki, bundan əvvəl “Alfa Bank”, “VTB”, “Rossiya Bank”, “Sberbank”, həmçinin 45-ə yaxın digər təşkilat və şirkətlərin aktivləri dondurulub. Bundan əlavə, Yaponiya artıq Rusiyaya ixracı qadağan olunan 800-ə yaxın mal və texnologiyanın siyahısını təsdiqləyib. O cümlədən, dəyəri 6 milyon yendən (təxminən 43 min dollar) çox olan avtomobillərin ixracını qadağan edib.
2023-cü il avqustun 9-dan Yaponiyadan Rusiyaya mühərrik həcmi 1,9 litrdən çox olan benzin və dizellə işləyən avtomobillərin və hibrid avtomobillərin tədarükü də qadağan olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
yeniavaz.com

1Mənbələr