Doğum evində rüşvət qalmaqalı... Sosial şəbəkədə yayılan bir görüntüdə atadan "şirinlik" tələb olunduğu bildirilir.
Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evinin baş həkimi Kəmalə Heydərova açıqlamasında hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqlədi.
Videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şövə müdiri olduğunu dedi.
Baş həkim deyir ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır.
TƏBİB-dən isə bildirildi ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək./ “Xəzər Xəbər”