AZ

Almaniyalı futbolçu üçün fantastik təklif

Antonio Rüdiger bu yay Avropadan Səudiyyə Ərəbistanına yollana bilər.

“Əl-Nəssr” rəhbərliyi “Real”ın müdafiəçisini heyətinə qatmağı planlaşdırır. “El Chiringuito”nun məlumatına görə, Səudiyyə Ərəbistanı klubu almaniyalı oyunçu üçün hərəkətə keçib. Asiyalılar Rüdigerə 4 illik sözləşmə təklif ediblər. Müqavilənin şərtinə görə, Rüdiger “Əl-Nəssr”ə keçərsə, 4 il ərzində ümumilikdə 100 milyon avro qazanacaq. O, hələlik bu təklifi cavablamayıb.

Xatırladaq ki, Antonio ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 48 oyun keçirib, 2 qol vurub və 3 qolun ötürməsini edib. Təcrübəli futbolçunun hazırkı müqaviləsi 2026-cı il iyun ayının sonuna qədər qüvvədə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
football-plus.az

1Mənbələr