AZ

Nigeriyada vəba epidemiyası 21 nəfərin həyatına son qoyub

Bakı, 21 iyun, AZƏRTAC

Nigeriyanın cənub-qərbindəki Laqos əyalətində vəba epidemiyası nəticəsində 21 nəfərin öldüyü bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə əyalət hökumətinin sağlamlıq üzrə xüsusi müşaviri məlumat verib. O, jurnalistlərə bildirib ki, təkcə bu ay ölkənin iqtisadi mərkəzində 401 nəfər vəba infeksiyasına yoluxub. Müşavir epidemiya ilə mübarizə üçün birgə səy göstərməyə çağırıb.

Laqos hökuməti çirklənmə mənbəyini müəyyən etmək üçün su, qida və içkilərdən nümunələr topladıqlarını vurğulayaraq yerli icmalarda, xüsusən də təsirə məruz qalan ərazilərində müşahidə fəaliyyətlərini gücləndirdiyini bildirib.

İyunun əvvəlində Nigeriyanın ən sıx məskunlaşan ərazisi olan Laqosun səhiyyə orqanları ştatda vəba epidemiyası ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, vəba kəskin ishalın qəfil başlaması ilə xarakterizə olunan yüksək virulent xəstəlikdir və şiddətli susuzlaşma nəticəsində ölümlə nəticələnə bilər. Nigeriyada xüsusilə sıx məskunlaşan ərazilərdə içməli su təchizatının olmaması səbəbindən vəba epidemiyası tez-tez baş qaldırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
azertag.az

1Mənbələr